Kansler bəyan etdi: "Almaniya Ukraynaya siyasi, maliyyə və hərbi dəstək verməkdə qərarlıdır"

 22:32 18.08.2023     287

Ukraynadakı münaqişə reallığa tənqidi yenidən baxmağı və bəzən narahatedici qərarlar qəbul etməyə hazır olmağı tələb edir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz Zalsburqda danışıqlardan sonra avstriyalı həmkarı Karl Nehammerlə birgə mətbuat konfransında deyib.

“Son nəticədə biz hamımız bu yeni geosiyasi reallığa uyğunlaşmalıyıq və lazımi nəticələr çıxarmalıyıq. Avropadakı bu müharibə hamımızı öz fikirlərimizi yenidən düşünməyə və bəzən narahatedici qərarlar verməyə hazır olmağa vadar edir", - Almaniya hökumətinin başçısı bildirib. Eyni zamanda, o xatırladıb ki, Almaniyanın uzun illərdir yürütdüyü siyasət prinsipinə zidd olaraq, hazırda AFR döyüş bölgəsini silahla təmin edir.

Bundan əlavə, Şolz bir daha əmin edib ki, Almaniya tərəfdaşları və müttəfiqləri ilə birlikdə Ukraynaya lazım olan qədər siyasi, maliyyə və hərbi dəstək verməkdə qərarlıdır.

"Bundan başqa, tərəfdaşlarımızdan istənilən dəstək çox xoşdur", - Almaniya kansleri əlavə edib.

Qeyd edək ki, Almaniyadan Ukraynaya hərbi, maliyyə və humanitar yardımın ümumi həcmi 2022-ci ilin fevralından demək olar ki, 17 milyard avroya çatıb. Almaniya ABŞ-dan sonra Ukraynaya silah tədarük edən ikinci ölkədir.

Turan İSMAYIL