Lidelər Şimali Koreya ilə bağlı qərar verdi

 22:41 18.08.2023     310

Amerika Birləşmiş Ştatları, Yaponiya və Cənubi Koreya KXDR-in tam nüvəsizləşdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ, Yaponiya və Koreya Respublikası liderlərinin birgə bəyanatında deyilir.

Üç ölkə həmçinin Pxenyanın kibertəhlükələri ilə mübarizə aparmaq üçün yeni işçi qrupu yaradır.

Sənəddə deyilir ki, ABŞ, Yaponiya və Cənubi Koreya Şimali Koreya ilə ilkin şərt olmadan dialoqu bərpa etməyə sadiqdirlər.

2023-cü ilin sonuna qədər ABŞ, Yaponiya və Cənubi Koreya Şimali Koreyanın raket buraxılışları ilə bağlı real vaxt rejimində məlumat mübadiləsinə başlayacaq.

Turan İSMAYIL