Türkiyənin Haaqadakı səfirliyinin qarşısında Quranı cırdılar

Hollandiyanın müsəlmanlara qarşı “Pegida” hərəkatının lideri Edvin Vaqensveld Türkiyənin Haaqadakı səfirliyi qarşısında aksiya keçirib.
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, o, Qurandan bir neçə vərəq qoparıb.
“İslam burada xoş qarşılanmır. Bu, cəmiyyətimiz üçün təhlükə daşıyır”, - deyə o vurğulayıb.
Mitinq yerinin yaxınlığında toplaşan yüzə yaxın müsəlman fəalın hərəkətini pisləyib. Nümayişçilərlə polis arasında toqquşma baş verib. Lakin xüsusi təyinatlılar vəziyyəti tez bir zamanda nəzarətə götürüblər.
Yusif EYVAZLI