Kiyev Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqları sürətləndirməyə çalışır - Zelenski

 23:55 18.08.2023     273

Kiyev ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqları mümkün qədər sürətləndirməyə çalışır.

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə Vladimir Zelenski özünün Telegram kanalında yayımladığı videomüraciətdə bildirib.

“Biz əlimizdən gələni edirik ki, Ukrayna bu il üzvlük danışıqlarının başlanmasına hazır olsun”, - deyə siyasətçi vurğulayıb.

Yusif EYVAZLI