Qazaxıstanda ağır yol qəzası, 9 nəfər öldü - VİDEO

 09:00 19.08.2023     261

Qazaxıstanın Karaqanda vilayətində minik maşını ilə mikroavtobusun toqquşması nəticəsində ağır yol qəzası olub.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində doqquz nəfər ölüb, bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı ibtidai istintaq başlayıb və müvafiq ekspertizalar təyin edilib.