Bolqarıstan XİN rəhbəri Türkiyəyə gedəcək
Bolqarıstanın Baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriel avqustun 22-si Türkiyəyə rəsmi səfər edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
O, Türkiyənin XİN rəhbəri Hakan Fidanla görüşəcək.
Qeyd olunub ki, iki nazirin görüşü zamanı Bolqarıstanla ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə olunacaq, Türkiyə-Avropa İttifaqı münasibətləri, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.