Rusiyanın hücumu nəticəsində yaralananların sayı ARTDI
Rusiya ordusunun Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində yaralananların sayı 129-a çatıb.
Redaktor.az "ukrinform"a istinadla xəbər verir ki, bu barədə Çerniqov hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus deyib.
Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatı başa çatıb: "7 nəfər ölüb, 129 nəfər yaralanıb, o cümlədən onların arasında 15 uşaq və 15 polis əməkdaşı var".
Qeyd edək ki, avqustun 19-21-də şəhərdə matəm elan edilib.
Məlumata görə, ruslar Çerniqovu "İsgəndər" raketi ilə vurub.
17:42
Rusiyanın Ukraynanın Çerniqovə raket hücumu nəticəsində yaralananların sayı 100-ü keçib.
Redaktor.az xəbər verir ki, bu barədə yerli mətbuat Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində ümumilikdə 7 nəfər ölüb, 117 nəfər yaralanıb.
Ölənlərdən biri 6 yaşlı uşaqdır. Yaralılardan 12-nin uşaq, 10-nun isə polis əməkdaşı olduğu bildirilir