Pakistanda sabiq xarici işlər naziri saxlanıldı

 23:01 19.08.2023     308

Pakistan hakimiyyəti sabiq xarici işlər naziri və müxalifətdə olan Ədalət Hərəkatının rəhbəri Şah Mehmud Qureşini saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi partiyanın nümayəndəsi Zülfi Buxariyə istinadən məlumat yayıb.

Agentlik siyasətçinin saxlanma səbəbi haqqında məlumat verməyib (apa).