Rusiyanın Rostov vilayətinə dronlarla hücum oldu

 11:23 20.08.2023     277

Rusiyanın Rostov vilayətinə kamikadze-dronlarla hücum olub.

Redaktor.az xəbər verir ki, bu barədə Postov vilayətinin qubernatoru Vasili Qolubyev “Telegram”-da paylaşım edib.

Qeyd edilib ki, Ukraynanın bu gün səhər saatlarında həyata keçirdiyi dronlarla hücumun qarşısı alınıb. Dronlardan ikisinin qalıqları Kamenskdə hərbi hissənin ərazisinə, biri isə Novoşaxtinskdən 1 km şimala düşüb.

Dağıntı və tələfatın olmadığı bildirilib (apa).