Pakistanda terror aktı törədildi, 13 nəfər öldü

 12:59 20.08.2023     373

Pakistanın şimal-qərbində törədilən terror aktı nəticəsində azı 13 nəfər ölüb, 2 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti polisə istinadən məlumat yayıb.

İnsident Əfqanıstanla sərhəd olan Xayber-Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda qeydə alınıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, silahlılar ölkənin təhlükəsizlik qüvvələrinin karvanına zərbə endirmək niyyəti ilə yol kənarına bomba yerləşdiriblər (report).

Vumart və Güvən reklamı Vumart Güvən