“X” sosial şəbəkəsi “App Store” və “Google Play”dən silinə bilər

 17:12 20.08.2023     350

“X” (əvvəllər “Twitter”) qaydaları pozduğuna görə “App Store” və “Google Play” mağazalarından silinə bilər.

Redaktor.az xəbər verir ki, bundan əvvəl “X”in sahibi İlon Mask istifadəçilərə digər insanları bloklamağa imkan verən “qara siyahı” funksiyasından imtina etmək planları barədə danışıb. Bu isə bloklama sistemi, uyğun olmayan məzmun və istifadəçilərlə bağlı şikayətlər tələb edən “Android” və iOS proqram mağazalarının qaydalarını poza bilər.

Maskın sözlərinə görə, istifadəçilər tezliklə “X”də digər insanları tamamilə bloklaya bilməyəcəklər. Bunun əvəzinə şəxsi ismarışlara giriş məhdudlaşdırılacaq, istifadəçinin profili isə bloklanmış şəxslərdə görünəcək. “X”in rəhbəri qeyd edib ki, "qara siyahı"nın heç bir mənası yoxdur (report).