Bu ölkədə "Tiktok", "Telegram" və 1XBET qadağan edildi

 10:03 21.08.2023     262

Somalinin Rabitə və Texnologiya Nazirliyi sosial media platformaları olan Tiktok, Telegram və mərc saytı 1XBET-i qadağan etmək qərarına gəlib.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, nazirlik bununla bağlı konfrans keçirib.

Konfransda Somalili gənclərin həyatına mənfi təsir göstərən və hətta ölümlərə səbəb olan Tiktok, Telegram və 1XBET platformalarının bağlanmasının vacib olduğu qərara alınıb.

Humay İSGƏNDƏRLİ