Şimali Koreya lideri donanmanı müharibə üçün məşq etdirdi

 13:32 21.08.2023     316

Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreya arasında illik hərbi təlimlərin başlaması fonunda strateji qanadlı raketlərin sınağını ziyarət edib. Pxenyan onları müharibə üçün məşq hesab edir.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, KXDR-in dövlət mediasının məlumatına görə, Kim Çen In şərq sahilində yerləşən donanmaya baş çəkib. O, sınaqları gəmidən müşahidə edib.

Buraxılış “gəminin döyüş funksiyasını və onun raket sisteminin xüsusiyyətlərini” yoxlamaq məqsədi daşıyıb. Həmçinin sınaqlar dənizçilərin “əsl müharibə zamanı hücum missiyasını” yerinə yetirmək qabiliyyətini təkmilləşdirməli olub.

İyulun 13-də Şimali Koreya elan edib ki, özünün sonuncu “Hwasong-18” ballistik raketini ikinci dəfə buraxıb. Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, bu mərmi min kilometrə yaxın uçub, 74 dəqiqə havada qalıb.

Kim Çen In hətta KXDR-ə səfər edən Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qarşısında qadağan olunmuş ballistik raketlərlə öyünüb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası keçmişdə bir neçə dəfə Şimali Koreyaya bu cür silahların istehsalına qadağa qoyub. Xüsusilə Rusiya və Çin qadağanın tərəfdarı idi.

KİV-in məlumatına görə, Şimali Koreyanın son raketinin hazırlanmasında Rusiya iştirak edə bilər.

Turan İSMAYIL