Təyyarənin göyərtəsində stüardessa insult keçirdi, ürəyi dayandı

 14:39 21.08.2023     304

Soçidən Moskvaya uçan Ural Hava Yollarına məxsus təyyarə stüardessa ilə bağlı səhhətində yaranan problem səbəbindən təcili eniş etməli olub.

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, “Airbus A321” qalxdıqdan sonra stüardessa xəstələnib, gəminin kapitanı göyərtəsində həkim olub-olmadığını öyrənmək üçün dinamik telefonda sərnişinlərə üz tutub.

Bu zaman təyyarənin sərnişini olan Moskva Roszdravnadzorunun rəhbəri Roman Kurynin stüardessanı huşuna gətirə və ürəyini işə sala bilib.

Təyyarə Volqoqradda məcburi eniş edib, məlum olub ki, stüardessa sonradan ürək tutması ilə insult keçirib, qız təyyarədən ən yaxın xəstəxanaya aparılıb.

Turan İSMAYIL