Pakistanın keçmiş xarici işlər naziri dövlət sirlərini pozmaqda ittiham olunur

 16:37 21.08.2023     267

Pakistanın dövlət sirri haqqında qanunun pozulmasına baxan Xüsusi Məhkəməsi qapalı iclasda ölkənin keçmiş xarici işlər naziri, müxalif Ədalət Hərəkatı Partiyasının lideri Şah Mehmud Qureşinin işini araşdırmağa başlayıb.

Redaktor.az "The News International"a istinadla xəbər verir ki, Qureşi keçən həftənin sonunda Federal Təhqiqat Agentliyi (FIR) tərəfindən "Xarici İşlər Nazirliyinin diplomatik şifrəsindən siyasi məqsədlər üçün istifadə" ittihamı ilə həbs edilib.

Eyni ittiham avqustun 5-də korrupsiya ittihamı ilə 3 il həbs cəzasına məhkum edilmiş, keçmiş baş nazir İmran Xana qarşı irəli sürülüb. Siyasətçi Attok həbsxanasında dindirilib. Müdafiə tərəfi Xan və Qureşinin günahsız olduğunu bəyan edərək, hər iki siyasətçinin yalnız Ədalət Hərəkatı Partiyasının ölkədə keçiriləcək parlament seçkilərində qalib gəlməsinin qarşısını almaq üçün dövlət sirri haqqında qanunu pozduqlarına görə təqib olunduğunu vurğulayıb.

FIR iddia edir ki, Xan və Qureşi “məxfi sənədin məzmununu milli təhlükəsizlik maraqlarına zərər vurmaqla şəxsi mənfəət üçün icazəsiz şəxslərə ifşa ediblər”.

Turan İSMAYIL