Çində nazirlik rəsmisi ABŞ-a casusluq etməkdə şübhəli bilinərək saxlanıldı

 18:07 21.08.2023     271

Çində bir nazirlik rəsmisinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) casusluq etməkdə şübhəli bilinərək saxlanıldığı bildirilir.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Nazirliyinin sosial media hesabından edilən açıqlamada, onun soyadının "Hao", yaşının isə 39 olduğunu bildirilir.

Açıqlamada hansı nazirlikdə işlədiyi açıqlanmayan məmurun casusluq fəaliyyətinin fərqinə varıldıqdan sonra saxlanıldığı, barəsində istintaqın davam etdirildiyi qeyd edilib.

Humay İSGƏNDƏRLİ