Türkiyədə zəlzələ oldu

 18:49 21.08.2023     291

Türkiyənin Kahramanmaraş vilayətinin Göksun rayonunda zəlzələ baş verib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerli vaxtla 16:54-də, 5.17 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və itkilər barədə məlumat yoxdur.

Xatırladaq ki, bu ilin fevralında Kahramanmaraşda böyük dağıntılara və insan itkisinə səbəb olan dəhşətli zəlzələ baş verib. 

T.İSMAYIL