Paşinyana çətir atan qadını bu qədər həbs gözləyir

 19:13 21.08.2023     249

Ermənistanın Baş naziri Nikol Paşinyana çətir atan qadın Narine Asatryanı 2 ildən 5 ilə qədər həbs gözləyir.

Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, həmin qadın vəzifəli şəxsin qanuni fəaliyyətinə mane olmaq məqsədilə ona qarşı zorakılığa cəhddə ittiham edilir.

Bildirib ki, cinayət işi avqustun 17-də baxılması üçün məhkəməyə təqdim olunub.

Qeyd edək ki, hadisə 2023-cü il aprelin 10-da Paşinyanın işgüzar səfəri zamanı baş verib.