Rusiya Mariupol limanını hərbi bazaya çevirdi

 20:32 21.08.2023     228

Ukraynanın işğal altında olan Mariupol limanında Rusiya hərbi gəmisi lövbər salıb.

Redaktor.az xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko telqram kanalında məlumat verib.

“Mariupol limanı hərbi bazaya çevrilib. Dünən Rusiya hərbi gəmisi işğaldan sonra ilk dəfə olaraq Mariupol dəniz limanının akvatoriyasına daxil olub və lövbər salıb”, - deyə Andryuşenko bildirib.