"Biz Ukraynanın ərazi bütövlüyünə hörmət edirik" - Serbiya Prezidenti
"Biz Ukraynanın ərazi bütövlüyünə hörmət edirik, ümid edirəm ki, Ukrayna da bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşır".
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç Afinaya səfəri zamanı jurnalistlərə bildirib.
O, həmçinin ukraynalı həmkarı Volodimir Zelenskinin xahişini qəbul etdiyini və avqustun 22-də onunla təkbətək görüş keçirəcəyini açıqlayıb:
"Sabah Ukrayna Prezidentinin xahişi ilə onunla ikitərəfli görüş keçirəcəyəm. İnanıram ki, açıq və yaxşı söhbət baş tutacaq".