Priqojin sükutu pozdu: "Biz işləyirik"

 22:27 21.08.2023     517

"Vaqner" xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin iyunun sonunda Rusiyada üsyan cəhdindən sonra başlayan ictimai sükutu pozub.

Redaktor.az xəbər verir ki, onun qısa video mesajı isti və səhra mənzərəsi fonunda teleqram kanalları vasitəsilə yayılıb.

Priqojin videoda “Biz işləyirik” deyir: "“Vaqner" Rusiyanı bütün qitələrdə daha da böyük edir, Afrikanı isə daha da azad edir”.

Bundan əlavə, o, "vaqnerçi"lərin yenidən işə qəbul etdiklərini söyləyib: "Əsl qəhrəmanlar tələb olunur".

Bundan əvvəl Qərb mediası "vaqnerçi"lərin bir sıra Afrika ölkələrində, xüsusən Nigerdəki silahlı üsyanlarla mümkün əlaqəsini müzakirə etməyə başlayıb. Priqojin bu fərziyyələri şərh etməyib, lakin deyib ki, "Vaqner" nədən bəhs etdiyini dəqiqləşdirmədən “qarşıya qoyulan vəzifələri yerinə yetirməkdə” davam edir.

Turan İSMAYIL