Olimpiya çempionu qalmaqallı açıqlama verdi, adı stadiondan götürüldü

 23:50 21.08.2023     629

Dağıstanın paytaxtı Mahaçqalanın mərkəzində son altı ildə dayaqla tullanma üzrə ikiqat olimpiya çempionu Yelena İsinbayevanın adını daşıyan atletika stadionunun adı dəyişdirilib, keçmiş adı “Trud” müəssisəyə qaytarılıb.

Redaktor.az gazeta.ru-ya istinadla xəbər verir ki, bu, Dağıstan Respublikası hökumətinin fərmanından irəli gəlir.

Belə ki, iyulun 18-də Dağıstanın rəhbəri Sergey Məlikov Mahaçqalada məşhur idmançının adını daşıyan stadionun adına yenidən baxılmasını təklif edib. Məlikov daha sonra idmançının İspaniyaya köçməsinə və hərbi rütbələrlə bağlı qalmaqallı açıqlamalarına reaksiya verib.

Qeyd edək ki, iyulun 17-də İsinbayeva MOİK idman cəmiyyətindən aldığı mükafatların və hərbi rütbələrin formal olduğunu, sentyabrda isə Beynəlxalq Olimpiya Komitəsində (BOK) işə qayıdacağını açıqlayıb.

Xatırladaq ki, 2023-cü ilin fevralında Rusiya ordusunda mayor rütbəsi olan İsinbayeva 50 il müddətinə Ukraynanın sanksiya siyahısına salınıb. 2018-ci il prezident seçkiləri zamanı o, Vladimir Putini dəstəkləyən "Putin komandası" hərəkatına qoşulub.

Turan İSMAYIL