"Nigerə hərbi müdaxilə qərarının ədalətli olduğunu düşünmürəm" - Ərdoğan

 00:11 22.08.2023     279

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi qiyam nəticəsində hökumət çevrilişinin baş verdiyi Nigerə gözlənilən hərbi müdaxiləyə qarşı olduğunu bəyan edib. 

Redaktor.az Anadolu-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra verdiyi acıqlamada bildirib.

“Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) Nigerə hərbi müdaxilə qərarının ədalətli olduğunu düşünmürəm. Nigerə hərbi müdaxilə qeyri-sabitliyin Afrikanın bir çox ölkəsinə yayılacağı anlamına gələcək”, - deyə Türkiyə lideri vurğulayıb.

Ərdoğan Niger xalqını Türkiyəyə qardaş xalq hesab etdiyini, yaşanan siyasi gərginliyin sonda seçkilər nəticəsində demokratiya ilə yekunlaşacağına ümid etdiyini vurğulayıb.