Tanınmış müğənni ona təhqir yazan şəxsi polisə verdi

 00:24 22.08.2023     347

"Haqqımda feysbukda status yazan şəxs barəsində Daxili İşlər Nazirliyinə yazdığım şikayətə baxıldı. Şəxs müəyyən olunaraq tapıldı, haqqında qanunla tədbir görüləcək".

Redaktor.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri özünün İnstagram hesabında yazıb.

O, insanları sosial şəbəkədə təhqir edənlərin qanun qarşısında cavab verəcəklərini bildirib.

"Status və şərhlərdə insanları təhqir edənlərin nəzərinə! Evinizdə klaviatura arxasında oturub insanları təhqir edənlər, hədə-qorxu gələnlər, bir gün qapınız döyüləcək və qanun qarşısında cavab verəcəksiniz", - deyə müğənni yazıb.

2