Trampı və oğlunu güllələməklə hədələyən qadın həbs edildi

 10:54 22.08.2023     196

41 yaşlı Tracey Marie Fiorenza  ABŞ-ın keçmiş prezidenti Donald Tramp və oğlu Barronu güllələmək üçün elektron poçtla hədələr göndərməkdə ittiham olunub.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, həmin qadın ittham olunaraq həbs edilib.

Məlumata görə, Fiorenza may ayında elektron məktub göndərərək Tramp və oğlunun ilk fürsətdə sifətlərinə atəş açacağı ilə hədələyib. İyun ayında Fiorenza eyni məktubu yollayıb.

Humay İSGƏNDƏRLİ