Fransada atışma nəticəsində uşaq öldü

 11:12 22.08.2023     191

Fransanın cənubundakı Nimes şəhərində 10 yaşlı uşaq küçədə açılan atəş nəticəsində həlak olub.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, cəhdin hədəfi oğlanın dayısı olub.

Hadisə nəticəsində 10 yaşlı uşaq və dayısı 4 silahlı şəxs tərəfindən güllələnib. Oğlanın dayısını xilas etmək mümkün olsa da özü ölüb.

Humay İSGƏNDƏRLİ