Ukrayna xarici jurnalistlərin icazəsiz cəbhə xəttinə getməsini qadağan edir
Ukrayna xarici jurnalistlərə cəbhə xəttinə getməyi qadağan edib.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə ilk məlumatı İsveçrənin “Temps” nəşri yayıb.
Bildirilib ki, xarici jurnalistlər Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnidən yazılı icazə almadıqları təqdirdə cəbhə xəttinə buraxılmayacaqlar.
Humay İSGƏNDƏRLİ