Ukraynadan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

 16:32 22.08.2023     423

Bu ilin əvvəlindən avqust ayına qədər 26 Azərbaycan vətəndaşı məcburi qaydada Ukraynadan deportasiya olunublar.

Redaktor.az xəbər verir ki, bu barədə report-un Şərqi Avropa bürosuna Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildiriblər.

Məlumatda o da qeyd olunur ki, bu müddət ərzində 162 Azərbaycan vətəndaşı məcburi qaydada geri qaytarılıb. Bu qərarlara səbəb kimi həmin şəxslərin Ukraynanın mövcud qanun və qaydalarına əməl etməmələri göstərilir.

Vumart və Güvən reklamı Vumart Güvən