İran yeni PUA-sını təqdim edib

 16:45 22.08.2023     256

İran yeni “Mohajer-10” adlı pilotsuz uçuş aparatını (PUA) təqdim edib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, yeni PUA 7000 metr yüksəklikdə bir sutka ərzində uçuşu davam etdirə bilər. 

Bildirilir ki, “Mohajer-10” maksimum 300 kiloqram çəkiyə malik müxtəlif növ sursat daşıya bilər.