Yunanıstanda meşə yanğınları nəticəsində azı 18 nəfər həlak oldu

 16:57 22.08.2023     231

Yunanıstanda dörd gündür davam edən meşə yanğınları nəticəsində azı 18 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, ölkənin Meriç bölgəsində 18 meyit tapılıb.

Məlumata görə, 65 nəfər xəstəxanaya yerləşdirilib.

Həlak olanların sayının artacağı istisna edilmir.

Qeyd edək ki, son günlər Yunanıstanda yanğınsöndürənlər 63 meşə yanğını ilə mübarizə aparır. Yanğınların söndürülməsi istiqamətində işlər davam edir.