Yaponiya, ABŞ və Kanada Kuril adaları yaxınlığında təlimlər keçirir

 17:06 22.08.2023     299

Avqustun 21-dən avqustun 28-dək Yaponiya, ABŞ və Kanadanın hərbi qulluqçuları Kuril adalarının şərq sahillərindən əsas adaların şərq hissəsinin cənub sahillərinə qədər geniş ərazidə hərbi gəmilərin iştirakı ilə birgə təlimlər keçirirlər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin saytında dərc olunan hesabatda deyilir.

Yaponiyadan Hyuqa esminesi, ABŞ-dan - USS Benfold esminesi, Kanadadan - Ottava və Vankuver freqatları, eləcə də təchizat gəmisi Asterix iştirak edir. Təlimin məqsədi Yaponiyanın taktiki imkanlarını təkmilləşdirmək və ABŞ və Kanada ilə əməkdaşlığı gücləndirməkdir.

Yaponiya hərbçiləri ilk dəfə Kuril adaları sahillərində hərbi gəmilərin iştirakı ilə təlimlər təşkil ediblər. 

Turan İSMAYIL