Çində kömür mədənində partlayışda 11 nəfər öldü
Çinin şimalındakı Şensi əyalətində kömür mədənində baş verən partlayış nəticəsində 11 işçi həlak olub.
Redaktor.az TRT Haber-ə istindala xəbər verir ki, partlayış zamanı mədəndə olan 90 işçi olub.
Yerdə qalan işçilərin isə ağır yaralandığı bildirilir.
Qəza baş verən kömür karxanasının 2020-ci ildə fəaliyyətə başladığı və buradan ildə 300 min ton kömür çıxarıldığı açıqlanıb.
Humay İSGƏNDƏRLİ