Ukrayna və Polşa sərhəddə vahid keçid məntəqələri yaradır

 18:36 22.08.2023     266

Ukrayna və Polşa təşəbbüslə çıxış ediblər və buna əsasən, ölkələr arasında sərhəddə vahid nəzarət-buraxılış məntəqələri işə salınacaq.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıxal bildirib.

Onun sözlərinə görə, indi hökumətin vəzifəsi  Avropa İttifaqı (Aİ) ölkələri ilə ümumi gömrük və sərhəd nəzarətini tətbiq etməkdir.

"Yəni, hər iki dövlətin nümayəndələrinin işləyəcəyi bir nəzarət-buraxılış məntəqəsi olacaq. Bu, Avropa məkanına daha geniş inteqrasiyaya nail olacaq, logistikanı sürətləndirəcək və korrupsiyanı minimuma endirəcək. Biz Polşa-Ukrayna sərhədində pilot layihə həyata keçiririk" - Nazirlər Kabinetinin rəhbəri bildirib.

O, Ukraynanın belə bir təşəbbüsü Rumıniya ilə sərhəddə həyata keçirmək istədiyinə aydınlıq gətirib. Artıq müvafiq təklif Rumıniya tərəfinə göndərilib.

Turan İSMAYIL