Putin Rusiya iqtisadiyyatının artım tepmindən razıdır

 18:52 22.08.2023     291

Rusiya iqtisadiyyatının artım tempi güclüdür.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında deyib.

"Ancaq üçüncü rübdən etibarən Rusiyada iqtisadi artımın konturları açıqlanıb və hazırda onun tempi kifayət qədər sabitdir. Beləliklə, bu ilin ikinci rübündə ümumi daxili məhsul (ÜDM) ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artıb" - o, bildirib.

Dövlət başçısı qeyd edib ki, təbii sərvətlərin, o cümlədən neft və qazın hasilatı ilə bağlı olmayan sənaye sahələri daha sürətlə inkişaf edir.

“Əgər ümumilikdə həmin rübdə sənaye istehsalı 6,3% artıbsa, emal sənayesi istehsalı 11,3% artıb”, - Putin əlavə edib.

Turan İSMAYIL