Zelenski Sandu ilə Rusiyanın təhdidlərinə qarşı birgə mübarizəni müzakirə etdi

 19:05 22.08.2023     293

Ukrayna Prezidenti Volodimir Zelenski moldovalı həmkarı Maya Sandu ilə görüşüb. Müzakirə mövzularından biri Rusiya təhdidlərinə qarşı mübarizə olub.

Redaktor.az RBC-Ukrayna-ya istinadla xəbər verir ki, bu barədə dövlət başçısı özünün teleqram kanalında bildirib.

“Mən Moldova Prezidenti Maya Sandu ilə tərəfdaşlıq əlaqələrinin inkişafı və Rusiyanın təcavüzkar siyasətinə və hibrid təhdidlərinə birgə mübarizə haqqında danışıqlar apardım”, - Zelenski yazıb.

Onun sözlərinə görə, danışıqlar zamanı o, Sandu ilə Ukrayna taxılının ixracı üçün alternativ marşrutlar və Avropa İttifaqına daxil olan ölkələr üzərində iş mövzularını da qaldırıb.

Turan İSMAYIL