Danimarkalı diplomat yenə Türkiyə XİN-ə çağırıldı

 19:48 22.08.2023     324

Danimarkanın Türkiyədəki müvəqqəti işlər vəkili Kopenhagendə Qurani-Kərimin təkrar təhqir olunması ilə bağlı son iki gündə ikinci dəfə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nazirlik Qurana qarşı “bu cür hərəkətləri qətiyyətlə pislədiklərini və etiraz etdiklərini” bir daha bəyan edib.

Qeyd edək ki, Danimarka və Hollandiyanın Ankaradakı müvəqqəti işlər vəkili bazar ertəsi Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və onlara bu ölkələrdə baş verən Qurani-Kərimi təhqir edən hərəkətlərlə bağlı etiraz edilib.

Turan İSMAYIL