İlan sancan bir yaşlı uşaq xəstəxanaya yerləşdirildi

 19:59 22.08.2023     360

Moskva vilayətində ilan sancan bir yaşlı uşaq xəstəxanaya yerləşdirilib.

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məumat yayıb.

“İlan sancmasından əziyyət çəkən uşaq rayon Səhiyyə Nazirliyinin tabeliyindəki xəstəxanalardan birinə yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib”, - deyə şöbədən bildirilib.

Hazırda xəsarət alan körpənin vəziyyəti kafi qiymətləndirilir.

Yusif EYVAZLI