"Ukraynadakı müharibə dalana dirənməyib" - Ceyk Sallivan

 20:10 22.08.2023     346

"ABŞ administrasiyası Ukrayna münaqişəsinin dalana dirəndiyinə inanmır".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan onlayn brifinqdə deyib.

O, "Vaşinqton Ukraynada vəziyyətin bir çox ekspertlərin dediyi kimi, dalana dirəndiyinə inanırmı? sualına cavabında bunları deyib: "Sualınıza cavabım yoxdur, biz münaqişənin dalana dirəndiyinə inanmırıq. Artıq qeyd etdiyim kimi, biz Ukraynanı hazırkı əks-hücum əməliyyatında ərazilərin qaytarılması səylərində dəstəkləməyə davam edirik. Biz görürük ki, Ukrayna əraziləri metodik, sistematik şəkildə qaytarmaqda davam edir".

Turan İSMAYIL