Zara mağazalar şəbəkəsinin yaradıcısı yeni göydələn ALDI

 20:50 22.08.2023     414

İspaniyalı sahibkar, Zara mağazalar şəbəkəsinin yaradıcısı Amansio Orteqa yeni göydələn alıb. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, o, bu dəfə Çikaqoda yaşayış üçün göydələn seçib.

Sahibkar "727 West Madison" binasını 232 milyon dollara alıb.

Qüllədə 492 lüks mənzil var. Oradakı studiyanın kirayə haqqı ayda 2,2 min dollardan başlayır. Eyni zamanda üç otaqlı mənzilin aylıq qiyməti 6000 dollar olacaq.

Yusif EYVAZLI