Hitlerin evi polis bölməsinə çevriləcək

Adolf Hitlerin 1889-cu ildə doğulduğu Avstriyanın Braunau şəhərindəki ev polis bölməsinə çevriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Binanın yenidən qurulması işlərinə oktyabrın 2-də başlanması planlaşdırılır. Evin yenidən qurulmasının dəyəri 20 milyon avro qiymətləndirilir. Təmirin 2025-ci ilə qədər başa çatdırılması, 2026-cı ilə qədər isə polis bölməsinin tam fəaliyyət göstərməsi planlaşdırılır.
Yusif EYVAZLI