İsveçdə Quranın yandırılması ilə bağlı yeni aksiyalar PLANLAŞDIRILIR

 22:51 22.08.2023     344

İsveçdə Quranın yandırılması ilə bağlı aksiyaların təşkilatçısı miqrant Salvan Momika üç şəhərdə belə tədbirlərin keçirilməsi üçün ölkənin hakimiyyət orqanlarına 12 yeni ərizə göndərib.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir.

“Salvan Momika qarşıdakı üç həftə ərzində Stokholm , Malmö və Örebroda müxtəlif yerlərdə Quranın yandırılması üçün 12 yeni ərizə təqdim edib ”, - məlumatda qeyd olunub.

Müvafiq ərizələrin baxılmaq üçün avqustun 21-i bazar ertəsi göndərildiyi, lakin hələ də təsdiq olunmadığı bildirilib.

Yusif EYVAZLI