Məkkədə leysan səbəbindən məktəblər bağlandı

 10:58 23.08.2023     368

Dünən gecədən Səudiyyə Ərbistanın Məkkə Mükərrimə şəhərində başlayan tufan səbəbiylə məktəblər bir günlük bağlanıb.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Məkkə Mükərrimə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, tufan və güclü yağışdan sonra məktəblərdəki ümumi vəziyyətə yenidən baxılacaq.

Humay İSGƏNDƏRLİ