Havay adalarındakı yanğında itkin düşənlərin sayı AÇIQLANDI

 10:46 23.08.2023     196

ABŞ-ın Havay adalarında meşə yanğınları nəticəsində ölənlərin və itkin düşənlərin sayı açıqlanıb.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkədəki səlahiyyətli qurumlar bildirib.

Yanğınlar 115 nəfərin həyatına son qoyub. İtkin düşənlərin sayı 1000-ə çatıb, axtarış-xilasetmə əməliyyatları davam edir.

Humay İSGƏNDƏRLİ