Türkiyə yenidən silkələndi

 12:50 23.08.2023     462

Türkiyənin Bingöl vilayətində zəlzələ olub.

Redaktor.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Kiğı rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.2 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.