ABŞ ordusu ukraynalı pilotlara F-16-da təlim keçməyə hazırdır - Pentaqon

 13:01 23.08.2023     751

ABŞ ordusu, lazım gələrsə, ukraynalı pilotları ABŞ-da F-16 qırıcıları üzərində öyrətməyə hazırdır.

Redaktor.az xəbər verir ki, CNN-in məlumatına görə, bunu Pentaqonun nümayəndəsi, Hərbi Hava Qüvvələrinin briqada generalı Pat Rayder deyib.

Genaral bildirib ki, Amerika Birləşmiş Ştatları ukraynalı pilotların ABŞ-da kontinental təliminə dəstək verməyə hazırdır.

“Avropada potensial əldə olunarsa, biz ABŞ-da təlim səylərini dəstəkləməyə hazırıq” - Pentaqon nümayəndəsi deyib.

Eyni zamanda Rayder qeyd edib ki, hazırda onun bu cür təlimlərin hansı əsaslarla təşkil oluna biləcəyi barədə konkret məlumatı yoxdur.

"Ancaq əlbəttə ki, bu barədə qərar qəbul edilərsə və biz irəliləyəcəyiksə, bu barədə mütləq yeniləmə təqdim edəcəyik" - o, bildirib.

Turan İSMAYIL