Rusiyanın S-400-ləri Krımda belə məhv edildi - VİDEO

 14:20 23.08.2023     1431

Avqustun 23-də Rusiyanın S-400 "Triumf" zenit-raket kompleksi müvəqqəti işğal olunmuş Krımda məhv edilib.

Redaktor.az-ın məlumatına görə, bu barədə "RBC-Ukrayna" Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Teleqram kanalına istinadən xəbər verir.

“2023-cü il avqustun 23-də səhər saat 10:00 radələrində müvəqqəti işğal altında olan Krımın Tarxankut burnunda Olenevka kəndi yaxınlığında partlayış baş verib və Rusiyanın S-400 “Triumf” uzaq və orta mənzilli zenit-raket kompleksi sistemi məhv edilib", - açıqlamada deyilir.

Qeyd olunur ki, partlayış nəticəsində qurğunun özü, onun üzərində quraşdırılan raketlər və şəxsi heyət tamamilə sıradan çıxıb.

“Düşmənin arsenalında bu cür komplekslərin məhdud sayda olduğunu nəzərə alsaq, bu, işğalçıların hava hücumundan müdafiə sisteminə ağr zərbədir və bu, işğal olunmuş Krımda gələcək hadisələrə ciddi təsir göstərəcək”, - kəşfiyyat xidməti əlavə edib.

Turan İSMAYIL