"Rusiyanın məqsədi Qərbin Ukraynada başlatdığı müharibəni bitirməkdir" - Putin

 15:00 23.08.2023     299

“Rusiya öz mədəniyyəti, adət-ənənələri, dili, gələcəyi üçün mübarizə aparan insanlara dəstək vermək qərarına gəlib. Ukraynadakı hərəkətlərimizi yalnız bir şey diktə edir - Qərbin və onun Ukraynadakı peyklərinin Donbassda yaşayan insanlara qarşı başlatdığı müharibəyə son qoymaq”.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS liderlərinin görüşündə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, məhz Qərb ölkələrinin dünyada hegemonluğu saxlamaq istəyi Ukraynada ağır böhrana gətirib çıxarıb. Putin deyib ki, əvvəlcə Qərb dövlətlərinin köməyi ilə bu ölkədə konstitusiyaya zidd dövlət çevrilişi həyata keçirilib, sonra isə bu çevrilişlə razılaşmayan insanlara qarşı müharibə başlayıb.

"Müharibə qəddardır, qırğın müharibəsi - səkkiz ildir", - Rusiya lideri vurğulayıb.

Putin deyib ki, Rusiyanın məqsədi Qərbin Ukraynada başlatdığı müharibəni bitirməkdir.

Turan İSMAYIL