Hindistan BRİKS ölkələrini ənənəvi tibbin birgə bazasını yaratmağa dəvət etdi

 15:21 23.08.2023     291

Hindistan BRİKS ölkələrinə ənənəvi tibb sahəsində təcrübə mübadiləsi üçün birgə baza yaratmağı təklif edir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi Yohannesburqda BRİKS sammitində çıxışı zamanı deyib.

"Mənim təklifim ənənəvi tibblə bağlıdır. Bizim hamımızın ölkələrimizdə ənənəvi tibb sistemləri var. Biz birlikdə ənənəvi tibb bazasını yarada bilərikmi?" - Modi bildirib.

Qeyd edək ki, Hindistan beynəlxalq arenada xalq, ənənəvi tibb sahəsində əməkdaşlığın inkişafına kömək edir. Hindistanın özündə Ayurveda, yoqa və digər ənənəvi sistemlər kimi təcrübələr geniş şəkildə inkişaf etdirilir.

Turan İSMAYIL