“Ukraynanın əks-hücum əməliyyatları çox mürəkkəb gedir” - Zelenski

 16:36 23.08.2023     255

Ukrayna Prezidenti Volodimir Zelenski əks-hücum əməliyyatlarının çox çətin və mürəkkəb getdiyini etiraf edib.

Redaktor.az “Reuters”ə istinadən xəbər verir ki, o, bunu Kiyevdə Finlandiyanın baş naziri Petteri Orpo ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu “irəliləyir, lakin yavaş-yavaş”. "Hansı istiqamətlərdə irəlilədiyimizi görürük, amma bu, bizim üçün çox çətindir, minlərlə mina var. Amma ən əsası ordunun mənə verdiyi hesabatdır və mən bunu hər gün alıram", - V.Zelenski bildirib.

Qeyd edək ki, hələ iyun ayında o, Ukrayna hərbçilərinin əks-hücum zamanı ciddi müqavimətlə qarşılaşdığını desə də, sonra vəziyyəti “ümumiyyətlə müsbət” adlandırmışdı. Ukrayna Silahlı Qüvvələrinin generalı Aleksandr Sirski etiraf edib ki, əks-hücum istədikləri qədər sürətlə getmir.