Tramp sabah həbs olunacağını açıqladı

 17:23 23.08.2023     300

ABŞ-ın keçmiş prezidenti  Donald Tramp fəxrlə həbs olunmağa hazır olduğunu açıqlayıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, Corciyada 2020-ci ildə keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir göstərmək cəhdi ittihamı ilə həbs olunacağından qürur duyacağını bildirib.

“Heç kim prezident Donald Trampın etdiyi kimi seçkilərin bütövlüyü uğrunda mübarizə aparmayıb. Bunun üçün sabah axşam Corciyada fəxrlə həbs olunacağam”, - deyə Tramp bildirib.

Humay İSGƏNDƏRLİ